UNRWA: İsrail Qəzzada fələstinlilərlə ağlasığmaz və dəhşətli formada rəftar edir

UNRWA: İsrail Qəzzada fələstinlilərlə ağlasığmaz və dəhşətli formada rəftar edir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini sionist İsrail tərəfindən Qəzzada həbs edilən insanların şokedici qeyri-insani rəftarlara məruz qaldığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, BMT-nin Cenevrə ofisində Qəzza və işğal altındakı Fələstin torpaqları ilə bağlı son vəziyyətlə bağlı qiymətləndirmələr edən Lazzarini, qatil İsrailin Qəzzada həbs olunan minlərlə fələstinlini lüt soyunduraraq, itlərlə hədələyərək qeyri-insani rəftara məruz qoyduğunu bildirib.

Lazzarini deyib:

“Qəzzada minlərlə fələstinli özbaşına həbs edilib, alt paltarlarına qədər soyundurulub, əlləri qandallanıb, gözləri bağlanaraq yük maşınlarına mindirilib. Həbs edildikdən sonra bu məhbuslarla əlaqə saxlamaq mümkün deyil və onlar döyülmə, itlərlə hədələmə və saatlarla stresli vəziyyətə salınma da daxil olmaqla, dəhşətli dərəcədə qeyri-insani rəftara məruz qalırlar. Bu insanlar tualetə də gedə bilmirlər. BMT-nin həbs edilmiş əməkdaşları bu iddiaları təsdiqləyiblər".

Lazzarini həbs edilən minə yaxın fələstinlinin Kerem Şalom sərhəd qapısından sərbəst buraxıldığına diqqət çəkib, lakin məhbus sayının hələlik məlum olmadığını da əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR