Qəzza sektorunda 5 yaşadək olan 10 mindən çox uşaq yaxın həftələrdə həyat üçün təhlükəli olan aclıqdan əziyyət çəkməyə başlayacaq.
Az.rasthaber.com xəbər verir ki, bu barədə UNICEF bəyan edib.
5 yaşdan kiçik olan 335 min uşaq ciddi aclıq riskini məruz qalıb.
Qeyd edilib ki, Qəzzanın ərzaq və tibb sistemləri tam şəkildə çökmək təhlükəsi ilə üzləşib.
Həmçinin 155 mindən çox hamilə və körpələrinə süd verən qadının, bundan başqa 2 yaşadək olan 135 min uşağın da qidalanması məsələsi ilə bağlı həyəcan təbili çalınır.
Bildirilir ki, Qəzzadakı xəstəxanaların 2/3-dən çoxu yanacaq, su və həyati əhəmiyyətli dərman və tibb avadanlıqlarının çatışmazlığı səbəbilə fəaliyyət göstərə bilmir.