Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNİCEF) İsrailin Qəzza xalqına qarşı bir ildən çox davam edən müharibəsində 14 min 500 fələstinli uşağın şəhid olmasından sonra elan edib: Qəzzada daha çox körpənin soyuqda ölməsinin qarşısını almaq üçün atəşkəsə ehtiyac var.
Yerli vaxtla çərşənbə axşamı BMT-nin Uşaq Fondu X sosial şəbəkəsində yazıb ki, son günlər Qəzza zolağında soyuqdan yeddi körpə ölüb.
Qurum əlavə edib: Agentlik ailələrə qış paltarları və yorğan-döşək çatdırarkən, ehtiyacın çox yüksək olduğu görünür.