UNICEF: Qəzza zolağı sakinlərinin 90%-i köçkün düşüb

UNICEF: Qəzza zolağı sakinlərinin 90%-i köçkün düşüb

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNİCEF) sionist rejimin Qəzza zolağına işğal hücumundan sonra bu bölgədə yaşayan əhalinin 90 faizinin köçkün düşdüyünü açıqlayıb.

Az.rasthaber.com İRNA-ya istinadən xəbər verir ki, UNİCEF əlavə edib: Müharibə başlayandan (oktyabr 2023) evlərini tərk edən bu köçkünlərin çoxu uşaq və qadınlardır.

UNICEF X sosial şəbəkəsindəki istifadəçi hesabında elan edib: Qəzza zolağının sakinlərinin əsas ehtiyacları və təhlükəsizliyi olmadığı üçün köç etməyə məcbur olduqları yerlərdə, əsas ehtiyacların təminatı və asayiş yoxdur.

Bu arada Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) rəhbəri Filip Lazzarini bu yaxınlarda bəyan edib ki, İsrail rejimi son 10 gündə Qəzza zolağında 6-sı UNRWA-ya aid olan ən azı 8 məktəbi bombalayıb.

Xəbəri paylaş

VİDEOLAR