UNİCEF: Bu uşaqlara qarşı edilən müharibədir

UNİCEF: Bu uşaqlara qarşı edilən müharibədir

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder Qəzzadakı müharibənin uşaqlara qarşı aparıldığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Ceyms Elder rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda bildirib.
Qəzzada humanitar fasilənin başa çatmasından sonra və İsrailin hücumlara yenidən başlamasından sonra xəstəxanaların birindən video paylaşan Ceyms Elder Qəzzada fəaliyyət göstərən ən böyük xəstəxanadan 50 metr aralıda yerləşən ərazinin vurulduğunu və xəstəxananın çox sayda yaralıya tibbi xidmət göstərdiyini bildirib.
Bu xəstəxananın müharibə nəticəsində yaralanan daha çox uşağı qəbul edə bilməyəcəyini, hər yerdə uşaqların olduğunu bildirən Ceyms Elder deyib: "Son 7 həftədə xəstəxanaların tutumunun necə azaldığını izah edə bilmərəm. Yaşananlar daha çox uşaqların ölməsinə səbəb olur. Bu, uşaqlara qarşı müharibədir”.

Xəbəri paylaş

VİDEOLAR