Fələstin öz bayrağını Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) dalğalandırmaq hüququ qazanıb.
Az.rasthaber.com xəbər verir ki, ÜST-nin Cenevrədə keçirilən illik toplantısında Çin, Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələrin təqdim etdiyi təklif 95 lehinə, 4 əleyhinə və 27 bitərəf olmaqla qəbul edilib.
Sionist İsrail, Macarıstan, Çexiya və Almaniya bu təklifin əleyhinə səs verib, İngiltərə isə bitərəf qalıb. Fransa və Yaponiya bu təklifi dəstəkləyib. ABŞ səsvermədə iştirak etməyib.
Ümumdünya Səhiyyə Təşkilatının binasında bu gün ilk dəfə Fələstin bayrağı dalğalanıb.