Ümumdünya Səhiyyə Təşkilatından 5G açıqlaması

Ümumdünya Səhiyyə Təşkilatından 5G açıqlaması

Viruslar radiodalğalar mobil şəbəkələr vasitəsilə yayılmır.

Rasthaber Azərbaycan bildirir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəsmi səhifəsində bildirilib.

Ölkə mediaları yazır.

Məlumatda qeyd olunur ki, COVID-19 5G mobil şəbəkələrinə malik olmayan ölkələrdə də yayılıb.

“COVID-19 virusu infeksiyaya yoluxmuş insanın öskürməsi, asqırması və ya danışması nəticəsində xaric olunan tənəffüs damcıları vasitəsilə yayılır. Həmçinin virusla çirklənmiş səthlərə, sonra isə gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda bu virusa yoluxa bilərsiniz”, – deyə məlumatda bildirilir.

Xəbəri paylaş

VİDEOLAR