Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etdi

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu "pandemiya" elan edib.

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus deyib ki, Çindən kənarda qeydə alınan koronavirusa yoluxma hallarının sayı iki həftə ərzində 13 dəfə artıb.

O, "həyəcanlandıran hərəkətsizlik səviyyəsindən" "çox narahat olduğunu" bildirib.

Pandemiya dünyanın bir çox ölkəsində eyni zamanda yayılan xəstəliyə deyilir.

Bundan bir neçə saat sonra İtaliya bəyan edib ki, ərzaq dükanları və əczəxanalardan başqa bütün mağazalar bağlanacaq.

Avropada koronavirusa görə iş yerlərini ən çox bağlayan İtaliyanın Baş naziri Giuseppe Conte deyib ki, müştəri ilə aralarında "bir metr məsafə" saxlanmasına təminat verə bilməyən barlar, bərbərxanalar, restoran və kafelər, eləcə də şirkətlərin köməkçi şöbələri bağlanacaq.

ÜST nə deyib?

Tedros Adhanom Ghebreyesus söyləyir ki, koronavirusun pandemiya elan edilməsi ÜST-ün ölkələrə tövsiyələrini dəyişməsi mənasına gəlmir.

O, hökumətləri "təcili və aqressiv addımlar" atmaqla koronavirusun yayılmasının gedişatını dəyişməyə çağırıb.

"Bir neçə ölkə göstərib ki, bu virusu söndürmək və idarə etmək olar", - o deyib.

Azərbaycanda koronovirus

Azərbaycanda koronavirusa ilk yoluxma halı 28 fevralda qeydə alınıb. Fevralın 29-da Azərbaycan koronavirusa görə İranla sərhədini bağladı.

Martın 10-da verilən məlumata görə, Azərbaycanda 312 nəfər koronavirus şübhəsiylə saxlandığı karantindən buraxılıb.

Koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycanda bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi martın ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) dayandırılıb, Nazirlər Kabineti elan edib.

Bundan başqa bəzi imtahanlar təxirə salınıb.

Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilib və toyların təxirə salınması tövsiyə edilib.

 

*Pandemiya (yun. πανδημία - bütün xalq) - yoluxucu xəstəliyin (məsələn, vəbataunqrip) bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkələri bürüməsinə deyilir.

Xəbəri paylaş

VİDEOLAR