Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı fövqəladə hal elan etdi

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı fövqəladə hal elan etdi

Bu virusun daha zəif səhiyyə sistemi olan ölkələrə yayılması narahatlıq doğurur.

Rasthaber Azərbaycan "BBC"yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çindən yayılmağa başlayan yeni koronavirusun digər ölkələrə keçməsi ilə bağlı "səhiyyədə qlobal fövqəladə hal" elan edib.

"Bu qərarın əsas səbəbi Çində yox, digər ölkələrdə baş verənlərdir", - ÜST rəhbəri Tedros Adhanom Ghebreyesus deyib.

Bu virusun daha zəif səhiyyə sistemi olan ölkələrə yayılması narahatlıq doğurur.

ABŞ vətəndaşlarına Çinə səyahət etməməyi deyib.

ABŞ Çinə səyahətlə bağlı xəbərdarlığın səviyyəsini də yüksəldib.

Çində koronavirusdan azı 213 nəfər ölüb, 10 min nəfərə yaxın adam isə bu virusa yoluxub.

ÜST bildirib ki, 18 ölkədə 98 yoluxma halı müəyyən edilsə də, ölüm qeydə alınmayıb.

Bu ölkələrdə yoluxanların çoxu Çinin virusun yayılmağa başladığı Wuhan şəhərinə səyahət etmiş insanlardır.

Bununla yanaşı, Almaniya, Yaponiya, Vyetnam və ABŞ-da virusun insandan-insana yoluxduğu səkkiz hal qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı, "xəstəliyi digər ölkələrə yayma riski daşıyan fövqəladə bir hadisə olduqda" ictimai səhiyyədə beynəlxalq səviyyəli fövqəladə hal elan edir.

Bundan əvvəl beş belə fövqəladə hal elanı olmuşdu:

  • Donuz qripi, 2009 - H1N1 qripi 2009-cu ildə dünyada yayılaraq 200 mindən çox insanın ölümünə səbəb olmuşdu
  • Poliomielit, 2014 - Bu virusun 2012-ci ildə aradan qaldırılmasına yaxınlaşılsa da, yoluxanların sayı 2013-cü ildə artdı
  • Zika, 2016 - Ümumdünya Səhiyyə Təşkilatı virusun 2016-cı ildə Amerika ölkələri arasında sürətlə yayılmasından sonra ictimai səhiyyədə fövqəladə hal elan etmişdi
  • Ebola, 2014 və 2019 - Bu virusla bağlı ilk fövqəladə hal 2014-cü ilin avqust ayından 2016-cı ilin martınadək davam etmişdi. O zaman Qərbi Afrikada 30 minə yaxın insan virusa yoluxmuş, 11 min isə ölmüşdü. İkinci fövqəladə hal isə keçən il, virusun Konqo Demokratik Respublikasında yayılmasından sonra elan olunmuşdu.

Dünya virusa necə reaksiya verib?

Xarici ölkə vətəndaşlarının Çinin Wuhan şəhərindən könüllü təxliyəsi davam edir.

Böyük Britaniya, Avstraliya, Cənubi Koreya, Sinqapur, Yeni Zelandiyanın bütün təxliyə olunan insanları yoluxmanın qarşısını almaq məqsədilə əlamətlərin müşahidəsi üçün iki həftə müddətində karantin altında saxlayacağı gözlənilir.

Digər son hadisələr:

  • İtaliya iki Çinli turistə Romada virus diaqnozu qoyulmasından sonra Çinə təyyarə uçuşlarını dayandırıb; bundan əvvəl göyərtəsində 6 min sərnişinin olduğu kruiz gəmisindən sərnişinlərin endirilməsinə müvəqqəti məhdudiyyət qoyulmuşdu
  • ABŞ-da Chicago səhiyyə rəsmiləri ölkədə birinci "insandan-insana yoluxma" hadisəsini elan etmişdilər. Çinin Wuhan şəhərindən ABŞ-a uçAN 200-ə yaxın ABŞ vətəndaşı California-da hərbi bazada azı 72 saat karantində saxlanılır
  • Rusiya Çinlə uzaq-şərq sərhədini bağlamaq qərarı verib
  • Yaponiyaya uçan iki təyyarə Tokyoda eniş edib. Yaponiya Çin haqqında infeksiya xəstəlikləri barədə məsləhətlərin təhlükə səviyyəsini artırıb
  • Wuhan şəhərindən 250 Fransa vətəndaşı təxliyə olunub
  • Hindistanda virusa ilk yoluxma hadisəsi təsdiqlənib - virus Kerala bölgəsində, Wuhan şəhərində təhsil alan tələbədə aşkarlanıb
  • İsrail Çinlə əlaqəli bütün uçuşları qadağan edib
  • Papua Yeni Qvineya "Asiya limanlarından" gələn bütün ziyarətçilərə qadağa qoyub.

Xəbəri paylaş

VİDEOLAR