Ümrəyə gedən 14 özbək zəvvar Səudiyyəyə buraxılmadı

Ümrəyə gedən 14 özbək zəvvar Səudiyyəyə buraxılmadı

Ümrə ziyarətinə gedən 14 özbək zəvvar Səudiyyə Ərəbistanına buraxılmayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Ümrə ziyarətinə gedən 14 özbək zəvvar Səudiyyə Ərəbistanına buraxılmayıb.

Özbəkistan Nazirlər Kabinetinin Din Məsələləri Komitəsinin mətbuat xidməti bu haqda məlumat yayıb.

Məlumata görə, bu zəvvarların viza qeydiyyatını Əndican vilayətindəki turizm firmalarından biri həyata keçirib.

Vizaların saxta olduğunu Ciddə sərhədçiləri üzə çıxarıb və Özbəkistan vətəndaşları geri qaytarılıb.

Zəvvarların Özbəkistana qayıtmalarına ölkənin Ciddədəki Baş konsulluğu və “Özbəkistan Hava Yolları” şirkəti yardım edib.


Xəbəri paylaş

VİDEOLAR