"Ukraynada nöqtə biz istədiyimiz yerdə qoyulacaq"

Rusiya ona lazım olan yerdə Ukraynada keçirdiyi “xüsusi hərbi əməliyyata” son qoyacaq.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin (XİN) müavini Sergey Ryabkov bəyan edib.

Bizim reaksiyamız - bu planların (Rusiyanın məğlubiyyətinə nail olmaq planlarının) puç olacağını, onların iflasa uğrayacağını, nöqtəni Vaşinqton və ya digər paytaxtlardakı hərbi planlar cızanların təsəvvür etdiyi yerdə yox, bizə lazım olan yerdə qoyacağımızı göstərməkdir. Biz iradə gücü ilə, silah gücü ilə, möhkəm dayanmaq hazırlılığımızla, rəhbərliyimizin bəyan etdiyi həmin mövqelərdə dayanmağa və onları təmin etməyə hazırlılığımızla (bunu) sübut etməliyik“, - deyə o qeyd edib.

Əgər (Ukrayna prezideni Vladimir) Zelenski, onun komandası danışıqlara hazır deyilsə, əgər onların arxasında duranlar düşüncəsiz, daha dəqiq desək, ağılsız şəkildə Ukraynanı silahla doldurmaq fikrini davam etdirməyə kökləniblərsə, bu, onların seçimidir, bu, kədərlidir və faciəvidir, lakin biz geri çəkilə bilmərik“, - deyə Ryabkov əlavə edib.

Rusiyalı diplomat vurğulayıb ki, Rusiya Ukraynadakı “xüsusi hərbi əməliyyatla” bağlı qarşıya qoyulmuş məqsədlərə çatacaq.

Xəbəri paylaş

VİDEOLAR