Fevralın 24-dən Ukraynada müharibə başlayandan 13 gün ərzində Gürcüstana 20 mindən bir qədər çox Rusiya vətəndaşı gəlib.
Az.rasthaber.com "Report"-a istinadən verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 2019-cu ilin eyni dövründə Gürcüstana səfər etmiş Rusiya vətəndaşlarının sayı 40 min nəfər təşkil edib və bu da cari göstəricidən, təxminən, iki dəfə çoxdur.
Rusiya ilə müvəqqəti viza rejiminin tətbiq olunub-olunmayacağı ilə bağlı suala cavabında V.Qomelauri bu məsələnin onun səlahiyyətlərinə aid olmadığını deyib.