Ukraynada anqarda gizlədilən S-300 zenit-raket diviziyası məhv edilib

Ukraynada anqarda gizlədilən S-300 zenit-raket diviziyası məhv edilib

Rusiya Silahlı Qüvvələri “Kalibr” yüksək dəqiqlikli dəniz bazalı raketlərindən istifadə edərək, Ukraynada anqarda gizlədilən S-300 zenit-raket diviziyasını məhv edib.

Az.rasthaber.com APA-ya istiandən xəbər verir ki, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“Bazar günü, aprelin 10-da “Kalibr” yüksək dəqiqlikli dəniz bazalı raketlərlə Dnepr şəhərinin cənub kənarında yerləşən anqarda gizlədilən, Avropa ölkələrindən birinin Kiyev rejiminə verdiyi S-300 zenit-raket diviziyası məhv edilib”, - Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkovun sözlərinə görə, nəticədə dörd S-300 buraxılış qurğusu və Ukrayna silahlı qüvvələrinin 25-ə qədər şəxsi heyəti məhv edilib.

Xəbəri paylaş

VİDEOLAR