“Ukraynaya məxsus sərnişin təyyarəsini səhvən vuran şəxs həbsxanadadır”.
Rasthaber Azərbaycanın APA-ya istinadən xəbərinə görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif "Spiegel"ə müsahibəsində deyib.
İran XİN başçısı təyyarənin vurulmasını niyə gec etiraf edilməsinə də münasibət bildirib.
“Mürəkkəb vəziyyət idi. Bunun üçün vaxt lazım idi. Xatırlayırsınızsa təxminən 32 il əvvəl ABŞ İran sərnişin təyyarəsini vurdu. Bu günə qədər onlar rəsmi şəkildə üzr istəməyiblər. ABŞ təyyarənin vurulmasında məsuliyyət daşıyan Amerika zabitinə hətta medal da verdi. Lakin Ukrayna təyyarəsini vuran iranlı indi həbsdədir”, - deyə o, qeyd edib.
Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinin yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması barədə məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.
Daha sonra İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğuna dair bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.