Ukrayna təyyarəsi İranda qəzaya uğradı

Ukrayna təyyarəsi İranda qəzaya uğradı

Iranda 180 nəfəri daşıyan Ukraynanın Boeing-737 təyyarəsi qəzaya uğrayıb

Rasthaber Azərbaycan xəbər verir ki, İranda 180 nəfəri daşıyan Ukraynanın Boeing-737 təyyarəsi qəzaya uğrayıb, İran mediası yazır.

Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə Tehranın İmam Xomeyni hava limanında havaya qalxan zaman qəza törədib, Fars dövlət xəbər agentliyi bildirir.

Qəzanın baş verdiyi hava limanının yaxınlığına xilasetmə dəstələri göndərilib.

"Təyyarə alovlanır, amma biz dəstələri göndərmişik... bəlkə bir neçə sərnişini xilas edə bildik", - İranın Fövqəladə Hallar xidmətinin başçısı Pirhossein Koulivand dövlət televiziyasına bildirib, Reuters xəbər agentliyi yazır.

İlkin məlumatlara görə, təyyarə Ukraynanın paytaxtı Kiyevə yola düşəcəkdi.

İnsidentin İran-ABŞ qarşıdurması ilə əlaqəli olub-olmadığı məlum deyil.

"Tehranda qəzaya uğramış Ukrayna təyyarəsində sərnişinlərin sağ qalma ehtimalı sıfıra bərabərdir" - bu sözləri "Qırmızı Aypara" təşkilatının rəhbəri Mürtəza Səlimi İran mediasına bildirib.

Xəbəri paylaş

VİDEOLAR