Ukrayna ordusu Rusiyada dinc sakinlərin yaşadığı kəndi atəşə tutub.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Belə ki, Rakitnoye kəndinə zərbələrin endirilməsi nəticəsində 5 rusiyalı dinc sakin həlak olub, 3-ü azyaşlı olmaqla isə 12 nəfər də yaralanıb.
Vətəndaşların əmlakına maddi zərər dəyib. Rakitnoye, həmçinin Borispolye və Novoleninskoye kəndləri də qazsız qalıb.