"Ukrayna ərazisindən Rusiyaya təhlükə olmamalıdır"

"Ukraynanın demilitarizasiyası və denasifikasiyası məqsədlərinə nail olmaq son dərəcə vacibdir, onun ərazisindən Rusiyaya heç bir təhlükə olmamalıdır".

Az.rasthaber.com "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Şiller İnstitutunun onlayn konfransı zamanı bildirib.
Konfrans “bütün dövlətlər üçün yeni təhlükəsizlik və inkişaf arxitekturasının yaradılması” mövzusuna həsr olunub.
“Bu gün Kiyevin qeyri-nüvə statusunu və onun kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq müqavilələrə sadiqliyini möhkəmləndirmək üçün Ukraynanın denasifikasiyası və demilitarizasiyasına nail olmaq son dərəcə vacibdir”, - deyə Antonov bildirib.
"Biz Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin pozulmasının qarşısını almaq üçün hər şeyi etməliyik. Rusiyaya Ukrayna ərazisindən gələn heç bir təhlükə olmamalıdır", - deyə o vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR