22.08.2024 13:14:04
Ukrayna NATO-ya üzv ölkələrindəki F-16 qırıcılarını idarə edə bilən təqaüdçü pilotları xidmətə dəvət edib.
Az.rasthaber.com xəbər verir ki, oxşar bəyanatı senatorlar Lindsi Qrem və Riçard Blumental Kiyevə səfərləri zamanı veriblər.
Təqaüddə olan pilotların döyüş bölgəsinə getmələrinin son dərəcə çətin olduğu vurğulanıb. Bunun üçün onlar Alyansa üzv olan ölkələrin hökumətlərindən icazə almalıdırlar.