30.08.2024 11:33:48
Artıq Ukrayna ona verilən F-16 qırıcılarından birini itirib.
Az.rasthaber.com xəbər verir ki, bu haqda Ukrayna Ordusundan məlumat verilib.
Təyyarənin vurulmadığı, pilot səhvi səbəbilə qəzaya uğradığı deyilir. Nəticədə pilot ölüb. Faktla bağlı araşdırma aparılır.
Lakin ukraynalı deputatlardan birinin məlumatına görə isə, qırıcı Ukraynaya verilən "Patriot" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.