Suriyanın müdafiə naziri Əli Mahmud Abbas Rusiya, Türkiyə və Suriya müdafiə nazirlərinin görüşünün tarixinin hələ müəyyən edilmədiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada 100-dən çox ölkə və 8 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə 11-ci dəfə keçirilən Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı dünən öz işinə başlayıb.
Konfrans zamanı Sputink-ə danışan Suriya müdafiə naziri Əli Mahmud Abbas Rusiya, Türkiyə və Suriya müdafiə nazirlərinin görüşünün vaxtının hələ müəyyən edilmədiyini açıqlayıb.
İran, Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri və kəşfiyyat rəhbərləri keçən apreldə danışıqlar aparıblar, Ankara və Moskva bunu Suriya müharibəsi boyu davam edən düşmənçilikdən sonra Türkiyə-Suriya münasibətlərinin bərpası səylərinin bir hissəsi kimi konstruktiv adlandırıb.