Təyyarə qəzasında həlak olan ekipaj üzvlərilə vida mərasimi keçirilib.
Az.rasthaber.com xəbər verir ki, dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin ekipaj üzvlərilə vida mərasimi təşkil olunub.
Vida mərasimində həlak olanların ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qəzada həyatını itirən üç ekipaj üzvü – gəmi kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva bu gün II Fəxri xiyabanda dəfn ediləcək.