İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xameneinin Azərbaycan dilində olan rəsmi "X" hesabı bu platforma tərəfindən bir gün ərzində bloklanıb və yenidən açılıb.
Az.rasthaber.com "ParsToday"a istinadən xəbər verir ki, hesab geri qaytarıldıqdan sonra izləyicilərinin hamısı "X" şirkəti tərəfindən silinmişdir.
Böyük sayda izləyicisi olan səhifənin bağlanması, sonradan "sıfırlanaraq" açılmasının səbəbi bəlli deyil.
Xatırladaq ki, daha öncə Ayətullah Xameneinin ivrit dilindəki "Twitter" səhifəsi də bloklanıb.