Sosial media şirkəti olan Twitter siyasətindəki yenilikləri çərşənbə günü elan edib.
Rasthaber Azərbaycan xəbər verir ki, Twitter şirkəti hər hansı bir dildə “insanları irqi, etnik mənsubiyyət və ya milli mənşəyinə görə” təhqirləri qadağan edilən davranış siyahısına əlavə edərək, daha sərt məzmun qaydaları tətbiq etməyə başlayıb.
Sosial media şirkəti olan Twitter siyasətindəki yenilikləri çərşənbə günü elan edib.
Twitter istifadəçilərin şikaqyətlərinə əsasən təhqiramiz yazıları qaldıracağını və siyasətini pozan məzmunu tapmağa çalışacağını deyib. Şirkət qaydaları pozanların hesablarının bağlana biləcəyini də qeyd edib.
"Araşdırmalar təhqiramiz ifadələrin dünyaya zərər verə biləcəyini göstərir. Buna görə də biz dünya boyu daha çox insanı qorumaq istəyirik" - deyə, şirkət bildirib.
Yeni qaydaları ilə Twitter platformasındakı təhqiramiz ifadələrə son qoymağa çalışır. Mart ayında şirkət insanları yaşına, əlilliyinə və ya xəstəliyinə görə təhdid edən, 2019-cu ildə isə insanları dinini və ya irqini hədəf alan tvitləri qadağan edib.