Abada Türkmənistan, Azərbaycan və Türkiyə prezidentlərinin üçtərəfli görüşünə hazırlaşır.
“Türkmənistan, Azərbaycan və Türkiyə dövlət başçılarının zirvə görüşünün ölkəmizdə keçirilməsi ilə bağlı razılıq əldə olunub və biz bu görüşü ölkəmizdə təşkil etməyə hazır olduğumuzu bir daha bəyan edirik”, - deyə Qurbanqulu Berdiməhəmmədov Aşqabadda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla danışıqlarda bildirib.