Türkiyә vә İsrail XİN başçıları arasında telefon danışığı olub

Türkiyә vә İsrail XİN başçıları arasında telefon danışığı olub

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu vә İsrail rejiminin xarici işlər naziri Yair Lapid arasında telefon danışığı olub.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barәdә Xarici İşlәr Nazirliyinin rәsmilәri mәlumat verib.

Diplomatik mәnbәlәr Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә  İsrail prezidenti İsaak Hersoq arasında telefon danışığının olduğunu bildirmişdi. Söhbәt zamanı Rәcәb Tayyib Әrdoğanın Hersoqu Türkiyәyә dәvәt etdiyi vurğulanmışdı. Mәlumatda İsaak Hersoqun ‘‘Mәn dә gәlmәk istәyirәm’’ şәklindә cavab verdiyi bildirilmişdi.

Qeyd edәk ki, Türkiyә vә İsrail müxtәlif sәviyyәlәrdә görüşlәr keçirir.

Xəbəri paylaş

VİDEOLAR