Türkiyənin yardımı Beyruta çatıb

Türkiyənin yardımı Beyruta çatıb

Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarə bu ölkənin paytaxtı Beyruta çatıb.

Türkiyədən Livana yardım ləvazimatı və  axtarış və xilasetmə personalı daşıyan Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarə bu ölkənin paytaxtı Beyruta çatıb.
Rasthaber xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Türkiyə Beyrutda baş verən partlayışdan sonra bölgəyə tibbi, axtarış və xilasetmə personalı və humanitar yardım göndərib.
Səhiyyə Nazirliyi, Fövqəladə Hallar İdarəsi (AFAD) və Qızıl Aypara Cəmiyyəti tərəfindən hazırlanan materiallar Ankaradakı Etimesgut Hərbi Hava Limanında "A 400M" hərbi yük təyyarəsinə yüklənib.
Bölgəyə Səhiyyə Nazirliyi tərəfindən 21 Milli Tibbi Xilasetmə Qrupunun (UMKE) şəxsi heyəti, 2 təcili yardım qurğusu, 3 nəfərlik sığınacaq çadırı, dərman və tibbi avadanlıqlar, 10 nəfərlik heyət, avadanlıq, bir xilasetmə vasitəsi və Türkiyə Qızıl Aypara Cəmiyyətinə məxsus 3 personal, axtarış və xilasetmə qrupu, səhiyyə və humanitar yardım materialları göndərilib.
Qeyd edək ki, Beyrut Limanında partlayıcı maddələrin olduğu 12 nömrəli anbarda əvvəl yanğın baş verib, sonra isə bütün paytaxtı şəhəri sarsıdan güclü partlayış əmələ gəlib. Partlayış nəticəsində çox sayda insan ölüb və yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR