Türkiyənin XİN rəhbəri: İraqda sülh və rifahın təmin olunmasına dəstək verəcəyik

Türkiyənin XİN rəhbəri:  İraqda sülh və rifahın təmin olunmasına dəstək verəcəyik

“Türkiyə İraqın təhlükəsizliyinin təminatı üçün yenə də dəstək verməyə hazırdır”.

Rasthaber Azərbaycan APA-ya  istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bağdadda iraqlı həmkarı Məhəmməd Əli əl-Həkimlə birgə keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa təlimatı əsasında ölkəsi İraqla birgə əməkdaşlığı davam etdirmək niyyətindədir və xarici qüvvələrin İraqdan münaqişə zonası olaraq istifadəsinin əleyhinədir: “Regiondakı gərginliyi azaltmaq üçün danışıqlarımız davam edir. General Süleymaninin ABŞ tərəfindən hədəfə alınması, sonradan İraqdakı hərbi bazaların İran tərəfindən vurulması gərginliyə yol açıb. Bu gərginliyin tamamilə aradan qaldırılması üçün fəaliyyətimizi artırmalıyıq. Bu mövzuda İraq Prezidenti və Baş Nazir ilə də danışıqlarımız olub. Biz İraqda sülh və rifahın təmin olunmasına dəstək verəcəyik. Hər zaman qardaş İraq xalqının yanındayıq”.

Xəbəri paylaş

VİDEOLAR