Türkiyənin xarici işlər naziri bu gün Azərbaycana səfər edəcək

Türkiyənin xarici işlər naziri bu gün Azərbaycana səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Azərbaycana rəsmi səfər edəcək.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilib.

Bəyanatda bu ifadələrə yer verilib: “Hakan Fidan 2023-cü il dekabrın 14-də Azərbaycana səfər edəcək. Nazirimiz həmkarı, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək, prezident İlham Əliyev tərəfindən qəbul olunacaq”.

Xəbəri paylaş

VİDEOLAR