Türkiyənin vitse-prezidenti və XİN rəhbəri Beyruta səfər edib - VİDEO

Türkiyənin vitse-prezidenti və XİN rəhbəri Beyruta səfər edib - VİDEO

Türkiyənin vitse-prezidenti Fuad Oqtay və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Livanın paytaxtı Beyruta səfər ediblər.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, onları Rəfiq Həriri hava limanında Livanın xarici işlər naziri Şerbel Vəhbi (Charbel Wehbe), Türkiyənin Livandakı səfiri Haqan Çakıl, Türkiyə Fövqəladə Hallar və Təcili Yardım Departamentinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu və səfirlik nümayəndələri qarşılayıb.

  Livan prezidenti Mişel Avnla görüşündən sonra etdiyi şərhində Türkiyənin vitse-prezidenti bunları söyləyib: "Livan prezidentinə daha çox qida və tibbi yardım edə biləcəyimizi çatdırdım.

  Türkiyənin bütün xəstəxana və təcili yardım bölümləri Livanın xidmətindədir.

  Beyrut limanı təkrar ayağa qalxana qədər Mersin limanımız Livanın xidmətində olacaq.

  Çox ciddi şəkildə ziyana uğrayan Beyrut limanı və ətrafındakı binaların inşasına da Türkiyə hazırdır."

  Daha sonra Fuad Oqtay xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birlikdə Livan parlamentinin sədri Nebih Berri və baş nazir Həsən Diyabla görüşəcək. Rəsmi görüşlərdən sonra Türkiyənin ali nümayəndələri partlayışın baş verdiyi liman bölgəsinə baş çəkəcək, AFAD və Türkiyə Qızıl Aypara qrupları tərəfindən icra edilən yardım işlərilə maraqlanacaqlar.

Xəbəri paylaş

VİDEOLAR