Türkiyənin TAYDER təşkilatının saytı fəaliyyətə başladı - AÇIQLAMA

Türkiyənin TAYDER təşkilatının saytı fəaliyyətə başladı - AÇIQLAMA

TAYDER-dən daha yeni bir xidmət

Sosial Araşdırma və Yardımlaşma Dərnəyi (TAYDER) yeni istifadəyə verilən tayder.org internet saytını tanıtmaq üçün aşağıdakı bəyanatı dərc edib:

"Allahın adı ilə

Məqsədimiz yaşadığımız dünyanı, insanların problemlərini və gözləntilərini tanımaq və tanıtmaq, mütəfəkkirlərin və fikir sahiblərinin irəli sürdüyü həll yollarını çatdırmaqla, ətrafımızdakı insanlara, gələcək nəsillərə dünyanın gələcəyini yaxşılaşdırmaqda kömək etməkdir.

İnsanların maariflənməsinin əsası düzgün tanımaqdan asılıdır. Cəmiyyət üzərində təsirli ola biləcək bütün təbəqələrdən, xüsusən də alimlərdən və ziyalılardan gözlənilən, dünyanı bütün cəhətləri ilə doğru tanımaları və tanıtmalarıdır. Öz vəzifəsini dərk edən ziyalılar ilk növbədə ölkə və dünya məsələlərini; keçmişdə və dövrümüzdə təsirli olan düşüncə cərəyanlarını; tarixin fəlsəfə və hikmətini; yaşadığımız dövrdəki nəsillərin ehtiyaclarını olduğu kimi tanımaları və tanıtmalarıdır.

Biz də TAYDER (Sosial Araşdırmalar və Yardımlaşma Dərnəyi) olaraq, bu məqsədlə, müxtəlif sahələrdə araşdırmalar aparmaq, tədqiqatçıların, mütəfəkkirlərin, alimlərin və ziyalıların fikirlərini çatdırmaq, az tanınan və ya yanlış bilinən məsələlərlə bağlı həqiqətləri üzə çıxarmaq və izah etmək və insanlara kömək etmək üçün bezmədən, yorulmadan, əzm və qətiyyətlə çalışmaqda qərarlıyıq.

2022-ci ilin mart ayında istifadəyə verdiyimiz tayder.org səhifəsində, ehtiyac duyduğumuz məsələləri, xüsusilə ölkə, region və dünya əhalisinin üzləşdiyi intellektual və sosial problemləri ardıcıllıqla izləyicilərə çatdırmaq niyyətindəyik.

Gələcəkdə saytın əsas kateqoriyalarında (Düşüncə, Siyasət, Hüquq, Ölkələr, Cəmiyyətlər, Din, Mədəniyyət, İqtisadiyyat, Sağlamlıq və s.) tək-tək və ardıcıl olaraq araşdırmalar aparmağı və bu sahədə ölkənin intellektual həyatına öz töhfəmizi verməyi planlaşdırırıq. 

Ölkənin ən mühüm problemlərindən biri şübhəsiz ki, xarici güclərin düşüncə, təhsil, siyasət, hərbi, iqtisadiyyat, mədəniyyət və media sahələrində təsiri və müdaxiləsidir. Yaşadığımız dövrdə ölkələrin daxili işlərinə qarışmaq və təsir etmək dedikdə ağıla ilk gələn ölkə, şübhəsiz ki, Amerika Birləşmiş Ştatlarıdır. Bu faktı nəzərə alaraq, ABŞ-ın yuxarıda qeyd etdiyimiz sahələrdə Türkiyəyə təsirinin/müdaxiləsinin tarixi, ölçüləri və təhlükələri ilə bağlı araşdırmamızı siz dəyərli izləyicilərimizə təqdim etməyə başladıq.

Tayder.org saytımızda həmçinin, TAYDER-in keçmişdən bu günə qədərki təhsil və ictimai fəaliyyətlərinə dair yazılı, səsli və vizual hesabatlar da təqdim olunacaqdır.

Bu işlərdə müvəffəq olmaq üçün, dəyərli izləyicilərinizin rəy, təklif, tənqid və töhfələrini gözlədiyimizi xüsusilə vurğulamaq istərdik.

Səy etmək bizdən, uğur Allahdandır".
TAYDER İdarə Heyətinin sədri

Xəbəri paylaş

VİDEOLAR