Türkiyənin Qara dənizdə aşkar etdiyi qaz yatağının potensial dəyəri nə qədərdir?

Türkiyənin Qara dənizdə aşkar etdiyi qaz yatağının potensial dəyəri nə qədərdir?

Bu barədə Beynəlxalq Energetika Agentliyinin başçısı Fatih Birol məlumat verib.

 Rasthaber NTV-yə istinadən xəbər verir ki, Türkiyənin Qara dənizdə aşkar etdiyi qaz yatağının potensial dəyəri, mövcud trendlər də nəzərə alınaraq, 80 milyard dollara çatır.

Bu barədə Beynəlxalq Energetika Agentliyinin başçısı Fatih Birol məlumat verib.

Onun sözlərinə görə, Türkiyənin Qara dənizdəki yeni yatağının rezervləri həcmcə Norveçin 2010-cu ildən Şimal dənizində tapdığı qaz yataqlarının hamısından çoxdur.

Birol qeyd edib ki, Türkiyə yeni yataqdan hər il 10-15 milyard kubmetr qaz hasil edə biləcək və bu, ölkənin qaz ehtiyacının 1/3-ni təmin edəcək.

“Türkiyə artıq 2023-cü ildə yeni yataqdan qaz hasilatına başlamağı planlaşdırır. Bu, ambisiyalı hədəfdir, lakin qeyri-mümkün olduğunu da demək olmaz. Dünya praktikasında da bu cür faktlar olub ki, oxşar yataqlardan 2-3 il ərzində hasilata başlanılıb”, – deyə o bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Qara dənizdə iri qaz yatağı tapdığını elan edib.

Xəbəri paylaş

VİDEOLAR