Türkiyənin müdafiə naziri: Suriyanın 309 hərbçisi zərərsizləşdirildi

Türkiyənin müdafiə naziri: Suriyanın 309 hərbçisi zərərsizləşdirildi

Hulusi Akar Suriyanın İdlib bölgəsində Suriya Ordusunun 309 hərbçinin zərərsizləşdirildiyini deyib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar Suriyanın İdlib bölgəsində Suriya Ordusunun 309 hərbçinin zərərsizləşdirildiyini açıqlayıb.

Nazir Akar hücumdan sonra yoxlamalar məqsədilə getdiyi Hatay şəhərində hücumun detallarından danışıb.

Hücumun İdlibdə Türkiyə Silahlı Qüvvələrinin olduğu yerlərin Rusiya ilə əvvəldən razılaşdırılmasına baxmayaraq edildiyini vurğulayan Akar “Təcili tibbi yardım maşınlarının belə vurulduğu bu hücum zamanı hərbi qoşunlarımızın ətrafında heç bir silahlı qrupun olmadığını vurğulamaq istəyirəm”, - deyib.

Akar sözlərinin dvaamında deyib: “Xain hücumdan sonra qırıcılar, silahlı uçuş aparatları (SİHA) və qurudan dəstək vasitələrimizlə 200-dən çox rejim hədəfi ağır atəş altına alındı. Atəş nəticəsində 5 helikopter, 23 tank, 23 top və haubitsa, bir SA-17, bir SA-22 hava müdafiə sistemi, 309 rejim əsgəri zərərsizləşdirildi”.

Xəbəri paylaş

VİDEOLAR