Türkiyənin müdafiə naziri İranın Baş Qərargah rəisi ilə əlaqə qurub

Türkiyənin müdafiə naziri İranın Baş Qərargah rəisi ilə əlaqə qurub

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General-mayor pasdar Məhəmməd Baqeri dünən Türkiyənin müdafiə naziri Hulusi Akar ilə telefon əlaqəsi qurub.

Rasthaber Azərbaycan İran mediasına istinadən verdiyi xəbərə görə, Məhəmməd Baqeri deyib ki, Amerikanın iqtisadi və dərman sanksiyalarına baxmayaraq, İranda səhiyyə və müalicə sistemində diqqətəlayiq qabiliyyətlər və imkanların mövcudluğuna, səhiyyə və müalicə kadrının səylərinə, həmçinin silahlı qüvvələrin və dövlətin təsirli rol oynamalarına, eləcə də xalq səfəbər qüvvələrindən bir milyon nəfərdən çox könüllünün iştirak etməsinə görə, indiyədək koronavirus pandemiyası ilə mübarizə meydanında böyük nailiyyətlər əldə olunub.

General Baqeri İranın silahlı qüvvələrinin binalar, təsisatlar, ümumi keçidlər və mərkəzlərin təmizlənib, dezinfeksiya edilməsi istiqamətində ölkənin üç min nöqtəsində yerləşmək üzrə addımlarına işarə edib.

Qeyd edib ki, İranın silahlı qüvvələri səhiyyə və müalicə təchizatları istehsal etmək və bu sahədə digər addımlar atmaq, eləcə də elmi-tədqiqat fəaliyyətləri göstərməkdən əlavə, indiyədək səkkiz min koronaviruslu xəstəni xəstəxanaya yatırıb və müalicə ediblər. Bundan başqa, xəstələri qəbul etmək istiqamətində üç min çarpayılı səyyar xəstəxanadan əlavə, təqribən on bir min çarpayılı sağlamlaşdırma mərkəzi də yaradıblar.

Türkiyənin müdafiə naziri də İranın koronavirus pandemiyası ilə mübarizə və xəstələrin müalicəsi sahəsindəki uğurlarını təbrik edib. O, Türkiyədə koronavirusun yayılması prosesi və statistikası haqda məlmat təqdim edib. Hulusi Akar həmçinin icra, ixtisas və elm sahələrində əldə olunan uğurlu təcrübələrin koronavirusla mübarizə sahəsində iki ölkənin silahlı qüvvələri arasında mübadilə edilməsini istəyib.

Xəbəri paylaş

VİDEOLAR