Türkiyənin kəşfiyyat-qazma gəmisi Qara dənizdə qazma işlərinə başladı

Türkiyənin kəşfiyyat-qazma gəmisi Qara dənizdə qazma işlərinə başladı

Enerji və Təbii Sərvətlər Naziri Fatih Dönməz sosial media hesabında “Məqsədə addım-addım” başlığı ilə paylaşdığı açıqlamada bu barədə danışıb.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, nazir Dönməz bildirib:

Fatih kəşfiyyat-axtarış qazma gəmimiz Türkali-7 qusunda qazma işlərinə başladı. Bu sahədə atdığımız addımlarla 2023-cü il hədəflərinə  daha çox yaxınlaşırıq. Sözügedən tarixdə Anadolunun təbii qaz ehtiyacını  Qara dənizdən təmin  ediləcək”.

Xatırladaq ki, “Fatih” kəşfiyyat-axtarış qazma gəmisi Qara dənizdə cəmi 540 milyard kubmetr təbii qaz ehtiyatı kəşf edib. Qara dəniz təbii qazının 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.  

Xəbəri paylaş

VİDEOLAR