Türkiyənin Əfqanıstanda qalması bizim milli maraqlarımızla ziddir - Taliban

Türkiyənin Əfqanıstanda qalması bizim milli maraqlarımızla ziddir - Taliban

“Taliban” terror təşkilatı Türkiyə qoşunlarının Əfqanıstandakı mövcudluğu ilə bağlı bəyanat yayıb.

Rasthaber Azərbaycanın xəbərinə görə, bəyanatda deyilir ki, Türkiyənin Əfqanıstanda qalmaq qərarı “ehtiyatsız” qərardır, “bizim suverenlik və ərazi bütövlüyümüzün pozulmasıdır və bizim milli maraqlarımızla ziddir”.

“Biz təkidlə Türkiyə rəsmilərini öz qərarlarını ləğv etməyə səsləyirik, çünki o, hər iki ölkəyə zərər vurur. Biz istənilən ölkənn xarici qoşunlarının (Əfqanıstandakı), hər nə bəhanə ilə olursa, olsun, mövcudluğunu işğal kimi gözdən keçiririk”, – deyə qeyd edilib.

“Taliban”-dan əlavə edilib ki, bu səbəbdən də onlar 2001-ci il tarixli fitvalarına əsasən, “(xarici) işğalçılarla mübarizə aparacaqlar”.

Həmçinin qeyd edilib ki, əgər Türkiyə öz qərarını ləğv etməsə, “bütün məsuliyyəti başqalarının işlərinə qarışanlar və bu cür ehtiyatsız qərarlar qəbul edənlər daşıyacaqlar”.

Xatırladaq ki, “Taliban” terror təşkilatı hələ iyun ayının əvvəlində bəyan etmişdi ki, “Taliban” və ABŞ arasındakı razılıq çərçivəsində, Türkiyə də Əfqanıstandakı qoşunlarını bu ölkədən çıxarmalıdır.

Xəbəri paylaş

VİDEOLAR