Türkiyənin 2020 büdcəsi TBMM-dan keçdi

Türkiyənin 2020 büdcəsi TBMM-dan keçdi

2020-ci ilin dövlәt büdcәsinә dair qanun Türkiyə Böyük Millət Məclisi tәrәfindәn qәbul edilib.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, 2020-ci ilin dövlət büdcəsinə dair qanun  Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilib.

2020-ci il büdcəsi 329 səslə qəbul edilib. 488 millət vəkilinin qatıldığı səsvermədə 159 nəfər əleyhinə səs verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsli  mesaj yayımlayaraq  dövlət budcəsi ilə bağlı qanunun qəbul edilməsi münasibətilə millət vəkillərini təbrik edib. Rəcəb Tayyib Ərdoğan dövlət budcəsi ilə bağlı qəbul edilən qanunun  Türkiyəyə, xalqa və dövlətə xeyirli olmasını arzulayıb.

Çıxışında 2023-cü il hədəflərinə diqqət çəkən Türkiyə prezidenti deyib: ‘‘2023-cü il hədəflərimizə doğru əmin addımlarla irəliləyirik. Dövlət büdcəsi ilə bağlı müzakirələr aparan Türkiyə Böyük Millət Məclisi  və millət vəkillərimiz başda olmaqla əməyi olan hərkəsi təbrik edirəm. İndi hədəflərimizə doğru daha qətiyyətli addım atmanın zamanıdır’’.

 

Xəbəri paylaş

VİDEOLAR