Türkiyənin sərhəd bölgəsi olan Edirnedən Yunanıstana keçən qaçqınların sayı məlum olub.
“Report”un xəbərinə görə, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib ki, martın 6-sı saat 12:10-a olan məlumata əsasən Edirnenin Meriç rayonundan Yunanıstana keçən miqrant sayı 142 175-ə çatıb.
Qeyd edək ki, fevralın 27-dən 28-nə keçən gecə İdlib bölgəsində 36 hərbçisinin şəhid olması fonunda Türkiyə suriyalı qaçqınların Avropa İttifaqına yolunu açıb.