Türkiyəli diplomatı qətlə yetirmiş ASALA terrorçusu Ermənistana sığındı

Türkiyəli diplomatı qətlə yetirmiş ASALA terrorçusu Ermənistana sığındı

Türkiyənin Los-Ancelesdəki Baş konsulu Kamal Arıkanı qətlə yetirən ASALA erməni terror qruplaşmasının üzvü Xambik Sasunyan Ermənistandadır.

Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bu barədə Daşnaksütyun Partiyası məlumat yayıb.

X.Sasunyan Ermənistana səfəri barədə feysbuk səhifəsində paylaşım edib.

Xatırladaq ki, Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş erməni Xampiq Sasunyan 2019-cu ilin dekabrında Kaliforniya ştatı Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Qeyd edək ki, Xampiq Sasunyan 1963-cü il yanvarın 5-də Livanın paytaxtı Beyurtda anadan olub. Bir müddət sonra ailəsi ilə birlikdə ABŞ-a köçüb. O, Erməni Gənclər Federasiyası (“Armenian Youth Federation”) və “Erməni soyqırımına ədalət uğrunda” erməni terror təşkilatının üzvü olub. 1982-ci il yanvarın 28-də səhər saatlarında tərəfkeşi ilə birlikdə avtomobili işıqforda dayanan Türkiyənin baş konsulu Kamal Arıkana odlu silahdan atəş açaraq qətlə yetirib. ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan hadisəni terror aktı adlandıraraq qətli qınayıb.

Erməni terrorçu ömürlük azadlıqdan məhrum olunmuşdu. 2006 və 2010-cu illərdə ABŞ məhkəməsi X.Sasunyanın əfv edilməsi ilə bağlı müraciəti təmin etməyib. 2016-cı ildə Kaliforniyanıən Əfv komissiyası onu əfv etsə də ştatın qurbernatoru Cerri Braun X.Sasunyanın cəmiyyət üçün təhlükəli olacağını əsas göstərərək qərara veto qoymuşdu.

Xəbəri paylaş

VİDEOLAR