Qasim Süleymaninin İraqda qətlə yetirilməsinə Türkiyənin Xarici İşlər Nazirliyi münasibət bildirib.
Rasthaber Azərbaycan xəbər verir ki, Qasim Süleymaninin İraqda qətlə yetirilməsinə Türkiyənin Xarici İşlər Nazirliyi münasibət bildirib.
Nazirliyin açıqlamasında “Türkiyə hər zaman sui-qəsdlərə qarşıdır. ABŞ-İran qarşıdurması və gərginliyindən dərin narahatçılığımızı bildiririk.”, -deyə qeyd edilib.
"Türkiyə regionda xarici müdaxilələrə, sui-qəsdlərə və məzhəbçi münaqişələrə hər zaman qarşı olub. Buna görə də bütün tərəfləri bölgəmizin sülh və sabitliyini təhlükəyə atacaq birtərəfli addımlardan çəkinməyə və diplomatik yollara üstünlük verməyə dəvət edirik", -deyə Türkiyə XİN bildirib.