Türkiyə İsrail təhlükəsizlik qüvvələrinin dünən gecədən etibarən Əl-Əqsa məscidinə basqın etməsini, onun müqəddəsliyini və tarixi status-kvonu pozaraq çoxlu sayda fələstinli vətəndaşı həbs etməsini qınayır.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.
Qeyd olunub ki, mübarək Ramazan ayında Əl-Əqsada namaz qılanlara qarşı bu hücumlar heç bir şəkildə qəbuledilməzdir: “Artıq bölgəyə, xüsusən də Qəzzaya yayılan gərginlikdən çox narahatıq. İsrail hökuməti bölgədə gərginliyin daha da artmasına səbəb ola biləcək bütün təxribatları, hərəkətləri və hücumları dərhal dayandırmalıdır”.