Türkiyədən İsrailə dəstək verən şirkətlərin məhsulları ilə bağlı GÖSTƏRİŞ

Türkiyədən İsrailə dəstək verən şirkətlərin məhsulları ilə bağlı GÖSTƏRİŞ

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun göstərişi ilə İsrailə dəstək verən şirkətlərin məhsullarının TBMM şəhərciyindəki restoran, bufet və çayxanalarda satılmamasına qərar verilib.

Az.rasthaber.com xəbər verir ki, Türkiyə Böyük Millət Məclisindən verilən bəyanatda TBMM-nin Qəzzada günahsız insanları qətlə yetirən İsrailin hərbi cinayətlərinə dəstək verdiyini açıq şəkildə bəyan edən şirkətlərin məhsul və mallarını boykot etməyə qərar verdiyi bildirilib.

Bəyanatda qeyd edilib ki, TBMM sədri Numan Kurtulmuşun göstərişi ilə İsrailin Qəzzada törətdiyi soyqırım cinayətinə dəstək verən şirkətlərin məhsulları Parlament şəhərciyindəki restoran, yeməkxana və çayxanalarda satılmayacaq.

”Həmas”ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb. İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olan fələstinlilərin sayı on mini keçib.

Xəbəri paylaş

VİDEOLAR