Türkiyədən Hollandiyaya FETÖ etirazı

Türkiyədən Hollandiyaya FETÖ etirazı

Türkiyə Fətullahçı terror təşkilatı (FETÖ) mənsublarına müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verdiyinə görə Hollandiyaya etiraz edib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Hollandiya Köç və Vətəndaşlıq Xidmətləri İdarəsi tərəfindən FETÖ terror təşkilatı ilə əlaqədə olan şəxslərə müvəqqəti yaşamaq üçün icazə vesiqəsi verilməsi barədəki suala cavabən deyib: “Hollandiya Köç və Vətəndaşlıq Xidmətləri İdarəsi FETÖ terror təşkilatı ilə əlaqədə olan şəxslərin məlumatlarının Türkiyə rəsmilərinin əlinə keçmiş ola biləcəyini səbəb kimi göstərib. Həmin çərçivədə təşkilat mənsublarının sığınacaq müraciətlərinə müsbət cavab verib və ayrıca onlara ölkədə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi də verilib. Hollandiyanın bu addımı qəbul edilə bilməz”.

Hami Aksoy 1951 tarixli “Qaçqınların statusuna dair Cenevrə müqaviləsi” ilə terror günahlarından axtarılan şəxslərin qaçqın statusundan istifadə edə bilməyəcəklərinin nəzərdə tutulduğunu bildirib.

Türkiyənin 251 günahsız vətəndaşının şəhid edildiyi və minlərlə insanın isə yaralandığı 15 iyul xain çevriliş təşəbbüsünün arxasındakı FETÖ mənsublarının təhvil verilməsi barədəki gözlənti və cəhdlərin davam edəcəyini vurğulayan Hami Aksoy bildirib ki, həmin terror təşkilatının sadəcə Türkiyə üçün deyil, olduğu hər ölkə üçün təhdid təşkil etdiyi unudulmamalı və terrorla mübarizədə əməkdaşlığın böyük əhəmiyyət daşıdığını hər kəs yaxşı başa düşməlidir.

Xəbəri paylaş

VİDEOLAR