Türkiyədən Fransadakı vətəndaşlarına xəbərdarlıq

Türkiyədən Fransadakı vətəndaşlarına xəbərdarlıq

Türkiyə Fransada davam edәn etiraz aksiyaları sәbәbindәn vətəndaşlarına bu ölkәyә səfər edərkən diqqətli olmaları ilә bağlı xəbərdarlıq edib.

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyәnin Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada  Fransada olan vә bu ölkәyә sәfәr edәcәk Türkiyә vәtәndaşlarına  ölkәdәki qeyri-stabil vәziyyәtә diqqәt yetirmәlәri vә sәfәrlәrini bu çәrçivәdә hәyata keçirmәlәri ilә bağlı xәbәrdarlıq edib.

Açıqlamada dünәn Fransada elan edilәn tәtil vә etiraz aksiyaları sәbәbindәn  ölkәdә dəmir yol nəqliyyatının, metroların, kütlәvi nәqliyyat vasitәlәrinin  vә elektrik qatarlarının fəaliyyətində  problemlərin  yarandığı bildirilib.

Türkiyә vәtәndaşlarına hәmçinin etiraz aksiyalarının keçirildiyi bölgәlәrdәn uzaq olmaları ilә bağlı da xәbәrdarlıq edilib.

Qeyd edәk ki, dekabrın 5-də Fransada son dövrlərin ən iri ümummilli tətili başlayıb.

Pensiya islahatlarına qarşı yönələn tətillər ictimai nəqliyyatın işində problemlərə səbəb olub. Paris metrosunun 11 xəttində qatarlar işləməyib, üç xəttə isə hərəkət məhdudlaşdırılıb.

Xəbəri paylaş

VİDEOLAR