Türkiyənin Xarici İşlər Nazirliyi sionist rejim polisinin himayəsi altında “Bayraq yürüşü” adı altında Məscidül-Əqsaya basqını pisləyib.
Az.rasthaber.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən aşağıdakı açıqlama verilib:
"Fanatik yəhudi qruplarının Hərəmdəki tarixi status-kvonu bir daha pozaraq, İsrail polisinin himayəsi altında Məscidül-Əqsaya basqın edərək, bu ərazidə namaz qılmağa cəhd etməsini şiddətlə qınayırıq.
Biz İsrail hökumətinə bu cür təxribat xarakterli hərəkətlərə yol verməməyə çağırışımızı təkrarlayırıq və bunu təmin etmək üçün müqəddəs yerlərdə status-kvonun qorunub saxlanması üçün ciddi və təxirə salınmadan lazımi tədbirlərin görülməsini gözləyirik.".