Türkiyədən Avropa Parlamentində PKK-lıların da iştirakı ilə keçirilən kürd konfransına etiraz

Türkiyədən Avropa Parlamentində PKK-lıların da iştirakı ilə keçirilən  kürd konfransına etiraz

Türkiyə XİN Avropa Parlamentinin PKK ilə bağlı mövqeyini tənqid edib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə Avropa Parlamentində terror təşkilatı PKK, YPG/PYD-nin dırnaqarası idarəçilərinin də iştirakı ilə kürd konfransı keçirilməsini sərt şəkildə tənqid edib.

Xarici işlər Nazirliyinin açıqlamasında bildirilib: “Avropa İttifaqının da terror təşkilatları siyahısında yer alan PKK terror təşkilatının dırnaqarası başçılarının Avropa Parlamentində tədbirdə iştirak etmələrinə icazə verməsi və tədbirdə terror təbliğatı aparılması terrora açıq şəkildə dəstək mənasını daşıyır. Terror təşkilatları ilə fərq qoymadan mübarizə aparılması prinsipini gözdən yayındıran bu qeyri-rəsmi fəaliyyəti sərt şəkildə qınayırıq”.

Açıqlamada həmçinin “Aİ qurumlarını və Aİ üzvü ölkələrini terror təşkilatlarına qarşı qətiyyətli mövqe ortaya qoymağa və terrorçuları qorumamağa çağırırıq” ifadələri işlədilib.

Qeyd edək ki, Avropa Parlamentinin “Aİ, Türkiyə, Orta Şərq və Kürdlər” adı altında Belçikanın paytaxtı Brüsseldə 16-cı dəfə təşkil etdiyi konfrans terror təşkilatı PKK-nın təbliğatına çevrilmişdi.

Xəbəri paylaş

VİDEOLAR