23.04.2023 15:45:47
Türkiyədə fevralda baş verən dağıdıcı zəlzələlər nəticəsində həyatlarını itirənlərin sayı 50 783 nəfərdir.
Az.rasthaber.com türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Yeraltı təkanlar nəticəsində dünyalarını dəyişənlərin arasında 7 302 miqrant var.
Nazirin sözlərinə görə, 985 cəsədin kimliyinin müəyyən edilməsi üzrə işlər davam edir.