Türkiyədəki meşə yanğınlarına səbəb olan əsas amil insan və ehtiyatsızlıq faktorudur.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı danışıb.
O bildirib ki, statistikaya əsasən, yanğınların 90 faizinin səbəbi diqqətsizlik, ehtiyatsızlıqdır - manqalın qalanması, siqaret kötüklərinin yerə atılması və s.
İbrahim Yumaklının sözlərinə görə, kritik dövr 15 sentyabra qədər davam edir.
Nazir insanları ehtiyatlı olmağa, bu cür hallara qarşı mübarizədə birgə səy göstərməyə çağırıb.