Türkiyədə zəlzələdən sonra 1604 afterşok qeydə alınıb

Türkiyədə zəlzələdən sonra 1604 afterşok qeydə alınıb

Türkiyənin Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələdən sonra bu vaxta qədər 1604 afterşok qeydə alınıb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, hazırda zəlzələ bölgəsində 141 min 779 xilasedici və 12 min 444 texnika çalışır.

Qeyd edilib ki, xarici ölkələrdən isə yardım üçün 6810 xilasedici gəlib. Bundan başqa, Türkiyənin Hərbi Hava Qüvvələri, Quru Qoşunları, Dəniz Qüvvələri, Sahil Mühafizəsi və Jandarma Baş Komandanlığı, Təhlükəsizlik Baş İdarəsinə aid 26 gəmi, 156 təyyarə, helikopter bölgədə fəaliyyət göstərir.

Xəbəri paylaş

VİDEOLAR