Türkiyədə zəlzələ

Türkiyədə zəlzələ

Türkiyədə zəlzələ baş verib

Bu gün saat 01:11-də Türkiyənin Egey dənizi sahillərində 4 bal gücündə zəlzələ baş verib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Türkiyənin İzmir şəhərinin mərkəzindən 21 km məsafədə yerləşən Urla rayonunda, 12 km dərinlikdə olub.

Zəlzələ Aydın və Manisa bölgələrində də hiss edilib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Xəbəri paylaş

VİDEOLAR