Türkiyədə zəlzələ qurbanlarının sayı 20 mini ötdü

Türkiyədə zəlzələ qurbanlarının sayı 20 mini ötdü

Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində indiyədək həyatını itirənlərin sayı 20 318 nəfərə çatıb.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb. Məlumatda bildirilib ki, 88 min 88 adamı xilas etmək mümkün olub. Zəlzələnin yaşandığı bölgələrdən 90 min 511 adam təxliyə olunub.
Bölgədə fəaliyyət göstərən xilasedici personalın sayı 160 min 860-a çatıb. Bölgədə həmçinin 102 min 274 yaşayış çadırının qurulduğu bildirilib.
Dağılan binaların dağıntıları altında qalan vәtәndaşların xilas edilmәsi ilә әlaqәdar hәyata keçirilәn әmәliyyatlar fasilәsiz davam etdirilir.

Xəbəri paylaş

VİDEOLAR